İrəvana gedən Şahin Mustafayevdən ilginc addım – Tarixi FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev İrəvana səfər edib.
Avtosfer.az Şahin Mustafayevlə bağlı Ermənistanın “Hraparak” qəzetinin yayımladığı məqaləni gündəmlə əlaqədar olduğu üçün xatırladır:
Nəşr Mustafayevin Ermənistanın Noyemberyan icmasının Cucevan bölgəsində doğulub böyüdüyü mühitdən yazıb.
“Hraparak” Şahin Mustafayevin müəllimləri və onu tanıyanlarla əlaqə saxlayıb. Kənd sankinləri Mustafayevin Cucevanda yaşayan yeganə azərbaycanlı ailənin tək oğlu olduğunu bildiriblər.
Hazırda Cucevanda orta məktəb müəllimi işləyən Yegişe Petrosyan Mustafayevlə uşaqlığının bir keçdiyini deyib və bəzi xatirələrini bölüşüb:
“Biz onunla çox yaxşı dost idik, oyunlar oynayırdıq. Ona “Şahen” deyirdik. 1979-cu ildə, onun 14 yaşı olarkən Noyemberyandakı Karmirqyuğ dağında bir ağacın gövdəsinə əlinə balta alaraq erməni hərfləri ilə öz adını yazmışdı. Atası fermer idi, özü çox yaxşı oxuyurdu, qiymətləri əla idi”.
Cucevan məkəbində Erməni dili və ədəbiyyatı fənnini tədris edən Anuş Aleksanyan Mustafayevin müəllimi olduğunu söyləyib:
“Onu yaxşı xatırlayıram. Bir dəfə səhər gözləri qızarmış formada dərsə gəlmişdi. Ondan nə olduğunu soruşdum, mənə dedi ki, Stepan Zoryanın “Erməni qalası” əsərini oxuyub, çox təsirlənib və kövrəlib. Şahinin hər kəslə münasibəti yaxşı idi. Şahin Cucevanda 8 illik məktəbi əla qiymətlərlə bitirdi. Təhsilini Noyemberyanda 2 nömrəli məktəbdə davam etdirdi və oranı da fərqlənmə diplomu ilə başa vurdu. Onlar Qarabağ hadisələri başladıqdan sonra Azərbaycana köçdülər”.
Nəşr yazır ki, Noyemberyan icması Tavuş vilayətində yerləşir. Məhz Mustafayevin rəhbərliyi ilə Azərbaycanla Ermənistan arasında demarkasiya prosesinin həyata keçirilməsi və Tavuşda bəzi yerlərin Azərbaycana təhvil verilməsi bu baxımdan diqqətçəkən nüansdır. Yəni bir azərbaycanlı Ermənistanda doğulub ermənilərlə böyüsə də, gerçək Vətəninə sadiq qalır./editor.az
Fotoda: “1979-cu ildə Şahin Mustafayevin erməni dilində adını həkk etdiyi ağac” – Erməni KİV
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB
İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB











