İrəvandan təxribat - Bakı hərəkətə keçdi

İrəvanda qondarma “erməni soyqırımı” ilə bağlı yürüşdən əvvəl qardaş Türkiyənin bayrağı yandırılıb. Avtosfer.az "Globalinfo"ya istinadən xəbər verir ki, Azərbaycan–Ermənistan sülh danışıqları, Ermənistan–Türkiyə münasibətlərinin normallaşma prosesinin getdiyi bir zamanda belə bir hadisənin baş verməsi düşündürücüdür.
İrəvan təxribata göz yumdu
Bu hadisə bir daha onu deməyə əsas verir ki, Ermənistan cəmiyyətində anti-türk, anti-Azərbaycan, həmçinin revanşizm və vandalizm meyilləri qalır. Və bu, qısa zamanda dəyişəcək kimi görünmür. Düzdür, ötən illərlə müqayisədə sülhdə maraqlı olan bir kəsim formalaşsa da, bu prosesi istəməyən, əleyhinə olan şəxslər üstünlük təşkil edir.
Hadisə fonunda Ermənistan Baş naziri Nikol Paşinyanın reaksiyası, daha doğrusu, maraqları naminə bir çox şeyə göz yumması diqqət çəkir. Belə ki, N.Paşinyan bayraq yandırma praktikasını qınayıb, bunu məsuliyyətsiz və qəbuledilməz adlandırıb. Bununla belə, İrəvanda təşkil olunmuş “tədbir”də belə bir aktın törədilməsi və hakimiyyətin, polisin buna yol verməsi də bariz şəkildə görünür. Halbuki belə bir hadisə baş verməyə də bilərdi.
İğtişaş qorxusu
Paşinyan hadisəni pisləsə də, baş verməməsi üçün xüsusi heç nə etmədi. Çünki aksiyanın qarşısı alınsa, bu iğtişaşa və gərginliyə səbəb ola bilərdi. Paşinyan rəqiblərinin əlini gücləndirəcək, seçki nəticələrinə təsir edəcək ən kiçik addımı belə atmaqdan ehtiyat edir. Buna görə də o, sadəcə belə bir açıqlama ilə kifayətləndi.
Lakin nəticə nə olur olsun, baş vermiş hadisəyə görə Ermənistan hakimiyyəti birbaşa məsuliyyət daşıyır. Buna görə də məsələ araşdırılmalı və buna yol verənlər məsuliyyətə cəlb olunmalı, cəzalandırılmalıdır.
Türkiyədən gələn reaksiya şok edir
Baş verən hadisədən çox, Türkiyə mediasının sükuta qərq olması, sanki heç belə bir hadisə olmayıb kimi davranması təəccüb doğurur. Türkiyə bayrağına təhqir və hörmətsizliyə səssiz qalan bəzi Türkiyə “media” qurumlar nədənsə son zamanlar hər xırda bir məsələyə görə Azərbaycanı açıq hədəf halına gətirirdi. Halbuki Azərbaycan xalqı Türkiyə bayrağını ən azı öz bayrağı qədər sevir, Türkiyəni ikinci vətən kimi görür. Amma bu gün bayrağın təhqirinə susan bəzi türk media subyektləri Türkiyə və Azərbaycan xalqlarını üz-üzə qoyacaq, qardaş ədavəti yaradacaq qədər irəli gedən manipulyativ və əsassız yazıları manşetdən verirdilər.
Bakı-Ankara yenə birlikdədir
Xoşbəxtlikdən Türkiyə–Azərbaycan münasibətləri bir-iki yazı ilə pozulacaq qədər kövrək deyil. İki ölkə rəsmi səviyyədə bir-birinin müttəfiqidir. O ki qaldı Ermənistana, İrəvan məsuliyyətini dərk etməli və baş verən hadisədə dəxli olan hər kəsi məsuliyyətə cəlb etməlidir. Əks təqdirdə belə hadisələr yenidən təkrarlana bilər ki, bu həm Azərbaycan–Ermənistan sülh danışıqlarına, həm də Ermənistan–Türkiyə münasibətlərinin normallaşma prosesinə mənfi təsir edə bilər.
WUF13-də səsləndirilən problemlər bütün ölkələrdə yaşanır – Afrikalı qonaq - FOTO
Putin Trampın ardınca Çinə niyə gedib? – POLİTOLOQ AÇIQLADI
Taksi dayanacağını “parkinq”ə çevirən sürücülər narazılıq yaratdı - VİDEO
WUF13 tədbirlərinin keçirilməsində məqsəd nədir? – RƏSMİ AÇIQLAMA - FOTO
Afrika qitəsi son illərdəki iqlim dəyişikliklərinə daha çox məruz qalır – XARİCİ TURİST - FOTO
Dizel və benzin yanacağı ilə bağlı MƏLUMAT VERİLDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Bakı-Moskva qatarı bərpa olunacaq? - AÇIQLAMA
Bakı–Tbilisi qatarında bilet qiymətlərinə hansı tərəf qərar verir? - Ekspert AÇIQLADI
Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarların hərəkət CƏDVƏLİ AÇIQLANIB
Ermənistan-Azərbaycan sərhədi nə vaxt açılacaq? - Vaxt bəlli oldu










