İş saatları dəyişir, Bakı tıxacdan qurtulacaq? – MÜHÜM AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakı və ətraf ərazilərdə nəqliyyat sıxlığının azaldılması məqsədilə dövlət qurumlarında fərqli iş qrafiklərinin tətbiqi sınaqdan keçiriləcək.
Bəs iş saatlarının mərhələli şəkildə dəyişdirilməsi Bakıdakı tıxacların azalmasına real təsir göstərə biləcəkmi? Bu addım pik saatlarda nəqliyyat yükünü nə dərəcədə azaldacaq və 2025-2030-cu illər üçün Dövlət Proqramında nəzərdə tutulan digər tədbirlər Bakıdakı nəqliyyat probleminin həllinə kifayət edəcəkmi?
Avtosfer.az xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb:
“Bu cür addımlar qismən də olsa nəqliyyat yükünü azalda bilər. Ancaq tıxacların azalması məsələsinə gəldikdə, bu problemin həm obyektiv, həm də subyektiv olmaqla bir çox səbəbi var. Tıxacların səbəbi yalnız insanların eyni saatda yola çıxması və ya avtomobillərin sayının çoxluğu ilə bitmir. Hər səhər Bakı sakinləri evdən çıxıb işə getmək üçün yollarda mübarizə aparırlar. Avtobus, minik avtomobili və taksi olsa da, hərəkət etməyə yol tapılmır. Yollar bağlandığı üçün vətəndaşlar 15, 30, hətta 45 dəqiqə yolun açılmasını gözləməli olurlar. Yolların bağlanmasının isə təmir-tikinti işlərindən tutmuş müxtəlif digər amillərə qədər bir çox səbəbi var. Əgər bu problemlər qalacaqsa, bu gün Bakı şəhərində xəttə minlərlə yeni avtobus buraxılsa belə, həmin nəqliyyat vasitələri də tıxacda ilişib qalacaq. Bu səbəbdən, ilk növbədə yolların ötürücülük qabiliyyətinin artırılması və yolların qapanmasının qarşısının alınması istiqamətində işlər aparılmalıdır”.
Ekspertin sözlərinə görə, Dövlət Proqramında nəzərdə tutulan işlərin vaxtında həyata keçirilməsi Bakı və ətraf ərazilərdə sıxlığın və tıxacların azalmasına gətirib çıxara bilər:
“Sadəcə, hər bir qurum üzərinə qoyulan vəzifəni vaxtında icra etməlidir. Məsələn, tədris müəssisələrinin iş saatlarının başlama qrafikləri dəyişdirilməli, həmçinin bu müəssisələrin Bakı şəhərindən digər ərazilərə köçürülməsi ilə bağlı təkliflər planı hazırlanmalıdır. Lakin hələ ki bu istiqamətdə görülən işləri görmürük. Hər şey Bakıda cəmləşib, iqtisadiyyat da buradadır, turizm və tarix mərkəzi də Bakıdır, bütün təhsil ocaqları burada yerləşir və tədbirlərin böyük əksəriyyəti Bakıda keçirilir. Belə olan halda, əlbəttə ki, sıxlıq da, tıxac da olacaq. Bütün bunları diferensiallaşdırmaq, yəni şəhərlər arasında bölüşdürmək lazımdır. Bütün tədbirlər Bakıda keçirilməməli, təhsil ocaqları yalnız burada toplanmamalıdır. Məsələn, ya xüsusi bir akademik şəhərcik təşkil olunmalı və tələbələr orada təhsil almalı, ya da əksinə, inzibati binalar və qurumlar başqa şəhərlərə köçürülməlidir ki, Bakı sırf turizm və gənclik şəhərinə çevrilsin”.
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?












