İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO

Abşeron rayonunun Masazır qəsəbəsində, Qaçaq Nəbi küçəsində işıqlandırma problemi yaranıb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “WhatsApp” ünvanına video göndərərək məlumat verib.
Bildirilib ki, küçənin sonunda işıqlandırma dirəkləri quraşdırılsa da, gecə saatlarında onların işləmədiyi müşahidə olunur. Nəticədə yolun həmin hissəsi qaranlıq qalır.
Qaranlıq ərazi həm sürücülərin, həm də piyadaların hərəkətini çətinləşdirir və qəza riskini artırır. Sürücülər avtomobillərinin işıq cihazlarını yandıraraq hərəkət etsələr də, bu, yolun kifayət qədər görünməsini tam təmin etmir.
Xüsusilə piyadaların qaranlıq ərazidə sürücülər tərəfindən vaxtında fərq edilməməsi onların təhlükəsizliyi baxımından ciddi risk yaradır.
Məsələnin aidiyyəti qurum tərəfindən araşdırılaraq küçə işıqlandırmasının bərpa olunacağına ümid edirik.
Nərmin
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO












