İşıqfor var, amma keçid yoxdur - piyadaların həyatı təhlükədə - VİDEO

Paytaxtda nəqliyyatın ən sıx hərəkət etdiyi yollardan olan Babək prospektində piyadaların hərəkətini təmin etmək üçün işıqfor quraşdırılıb. Lakin işıqforun yanında nə piyada zolağı, nə də piyada keçidi nişanı qoyulub.
Nizamlanan piyada keçidi olsa da zolaq yoxdur.
Bu isə ən çox piyadaları çətinə salır. Babək prospektində yüzlərlə piyada konkret işıqforun hansı tərəfindən keçəcəyini bilmirlər.
Həmin keçiddən istifadə edənlər bildirir ki, ərazi vaxtilə prospektin geridönüş nöqtəsi kimi istifadə edilib. Yol yenidən çəkilərkən həmin geridönüş yeri ləğv edilib. İşıqfor sadəcə piyadalar üçün qoyulub. Lakin piyada xətti çəkmək və piyada keçidi nişanı qoymaq yaddan çıxıb.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, sözügedən hissədə vəziyyət yerində araşdırılacaq. Babək prospektinin nəinki həmin hissəsində, bütün prospekt boyu piyadaların yol hərəkəti təhlükəsizliyi yenidən təşkil ediləcək və həmin hissəyə də piyada zolağı çəkiləcək.
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA










