İstanbuldan gələn sərnişinin baqajından patronlar çıxdı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları odlu silahlarda istifadə edilməsi nəzərdə tutulan patronların Azərbaycan gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn sərnişinin baqajı rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsviri görünüb. Vətəndaş baqajını götürüb getmək istəyərkən saxlanılıb və təkrar baxış keçirilməsi üçün yoxlama otağına dəvət olunub.
Yoxlama zamanı ona məxsus çamadanın içərisindəki montun cibində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, elektron, şifahi və yazılı formada bəyan olunmayan 12 ədəd patron aşkarlanıb.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən aşkar edilən patronlar yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş 9x19 mm kalibrli patronlardır, döyüş sursatı hesab edilirlər, istifadəyə (atəşə) yararlıdırlar.
Faktla bağlı araşdırma aparılır.
Namiq
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












