İstirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb

İstirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda səhər və axşam saatlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək, sentyabrın 15-də isə qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu dağətəyi rayonlarda 22-26, dağlıq rayonlarda 10-15 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-24, dağlıq rayonlarda 13-17 dərəcə isti təşkil edəcək.
Qazax-Gəncə zonasında havanın, əsasən, yağmursuz keçəcəyi, lakin sentyabrın 15-də axşam şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, sentyabrın 15-də qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 22-26 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, lakin sentyabrın 15-də axşam şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, sentyabrın15-də qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da havanın, əsasən, yağmursuz keçəcəyi, lakin sentyabrın 15-də axşam şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, sentyabrın 15-də qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 24-29 dərəcə isti təşkil edəcək.
Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 24-27 dərəcə isti təşkil edəcək.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












