İstirahət günlərinin hava proqnozu açıqlanıb

İstirahət günlərinin hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu dağətəyi rayonlarda 20-25, dağlıq rayonlarda 13-18 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-24, dağlıq rayonlarda 15-20 dərəcə isti təşkil edəcək.
Qazax-Gəncə zonasında arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 23-27 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da havanın, əsasən, yağmursuz keçəcəyi, lakin sentyabrın 28-də axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.
Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-18, gündüz 22-25 dərəcə isti təşkil edəcək.
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA












