İstirahət günlərinin hava proqnozu açıqlanıb

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi oktyabrın 7-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu dağətəyi rayonlarda 25-30, dağlıq rayonlarda 15-20 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsində havanın, əsasən, yağmursuz keçəcəyi, lakin 7-də axşamşimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, oktyabrın 7-də arabir güclənəcək. Havanın maksimal temperaturu 22-27, dağlıq rayonlarda 18-23 dərəcə isti təşkil edəcək.
Qazax-Gəncə zonasında, əsasən, yağmursuz keçəcəyi, lakin oktyabrın 6-da axşam bəzi yerlərdə şimşək çaxacağı, bəzi yerlərdəarabir qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi oktyabrın 7-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 25-30 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi oktyabrın 7-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 26-31 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gecə və səhər saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi oktyabrın 7-də arabir güclənəcək. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.
Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin oktyabrın 5-də axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi oktyabr 7-də arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-20, gündüz 24-27 dərəcə isti təşkil edəcək.
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev












