İstirahət günlərinin hava proqnozu açıqlanıb

İstirahət günlərində səyahətə çıxan insanlar üçün hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam saatlarında bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq.
Lənkəran-Astara zonasında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Havanın temperaturu gecə 4-6, gündüz 10-14, dağlarda gecə 2-5, gündüz 5-7 dərəcə isti olacaq.
Qazax-Gəncə zonasında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3-7, gündüz 11-16 dərəcə isti olacaq.
Aran rayonlarında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 2-6, gündüz 12-17 dərəcə isti olacaq.
Naxçıvan MR-da hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 0-4, gündüz 10-15 dərəcə isti olacaq.
Paytaxtda isə hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 7-9, gündüz 11-14 dərəcə isti olacaq.
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI











