İstixana sahibləri ilə görüş keçirildi

Bakı şəhərinin Xəzər rayonunda “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü ilə istixana sahibləri ilə görüş keçirilib. Zirə mədəniyyət evində baş tutan görüşdə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Xəzər rayonunun İcra Hakimiyyətinin başçısı Elşən Salahov və Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev iştirak ediblər. 50-dək meyvə-tərəvəz istehsalı ilə məşğul olan istixana sahiblərinin problemləri dinlənilib. Onlar əsasən istixanalara verilən qazın hər kub metrinə görə qiymətin 20 qəpikdən 10 qəpiyə endirilməsini, borclarla bağlı güzəştlərin olunmasını, qaz sayğacı tənzimləyicilərinin yerinin dəyişdirilməsi və s. məsələlərlə bağlı fikirlər səsləndiriblər.
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev çıxış edərək bildirib ki, bu, artıq istixana sahibləri ilə 2-ci görüşdür, bundan öncə Şəmkir rayonunda müzakirələr aparılıb. Yaxın vaxtlarda Salyan rayonunda belə bir fikir mübadiləsi baş tutacaq. Ümumiyyətlə isə istixana sahiblərinin problemlərini dinləmək üçün tərtib ediləcək qrafik əsasında tez-tez görüşlərin təşkili nəzərdə tutulub. Sayğac tənzimləyicilərinin yerinin dəyişdirilməsi, borclu sahibkarların fəaliyyətinə köməklik göstərilməsi və digər məqamlarla bağlı məsələlərin həlli elə yerindəcə mümkün olub.
Qeyd edək ki, hazırda Bakı şəhərinin Xəzər rayonunda 161 iri sənaye, 138 xırda istixana sahibkarlıq obyekti fəaliyyət göstərir.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti












