İtkin düşən 58 yaşlı çoban axtarılır - FOTO

Göygöldə itkin düşən 58 yaşlı Şamaxı sakini axtarılır. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Şamaxı rayonu Kərkənc kənd sakini, 1961-ci il təvəllüdlü Məmməd Əllazov oktyabrın 27-si səhər saatlarında, çoban işlədiyi Göygöl rayon Firuzabad qəsəbəsindəki fermadan çıxaraq bir daha geri qayıtmayıb.
Onun əlamətləri belədir: boyu 160- 165 sm, arıq bədən quruluşlu, ağ-qara saçlara malik, gözlərinin rəngi qonur. M. Əllazov fermadan çıxarkən əynində hərbi kostyum, hərbi şalvar, başında papaq, ayağında idman ayaqqabısı olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-205-22-79, 022-205-50-57 şəhər və (055) 545-11-02, (070)252-22-44 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI











