“İçərişəhərdə” divarları yazanlarla mübarizə mümkün deyil? – Memardan AÇIQLAMA - FOTOSESSİYA

Bu gün paytaxtın tarixi mərkəzində müşahidə edilən problem ictimai narahatlıq doğurub.
Avtosfer.az xəbər verir ki, memar Elçin Əliyev sosial şəbəkə hesabında paylaşdığı fikirlərində “İçərişəhər”də apardığı müşahidələr zamanı tarixi binaların fasadlarında artan yazı və cızma-qaralardan ciddi narahatlığını ifadə edib.
Memarın sözlərinə görə, o, gözəl hava şəraitindən istifadə edərək “İçərişəhər”də gəzintiyə çıxıb və üzərində işlədiyi kitab üçün materiallar toplayıb. Lakin tarixi abidələrin divarlarında gördüyü müxtəlif yazılar və işarələr onun əhvalını pozub. Elçin Əliyev bildirir ki, görünür, gənclər arasında divarlara yazı yazmaq bir növ “dəbdə olan” davranışa çevrilib. Hətta bu yazılardan birinin müəllifini sosial şəbəkələr, xüsusilə də Instagram vasitəsilə tapmaq mümkün olub.
Memar hesab edir ki, söhbət təkcə estetik zövqsüzlükdən getmir. Tarixi abidələrin divarlarına yazılan bu cür qeydlər mədəni irsə hörmətsizlik olmaqla yanaşı, şəhərin tarixi simasının korlanmasına səbəb olur. Onun fikrincə, “İçərişəhər” kimi UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş ərazidə bu cür halların baş verməsi daha ciddi yanaşma tələb edir.
Elçin Əliyev sual edir: bu cür vandalizm halları ilə mübarizə aparmaq doğrudanmı mümkün deyil? O, aidiyyəti qurumların nəzarəti gücləndirməsinin, maarifləndirmə işlərinin aparılmasının və cərimə mexanizmlərinin daha effektiv tətbiqinin vacibliyini vurğulayır.
Mütəxəssislər də hesab edirlər ki, tarixi məkanların qorunması təkcə dövlət qurumlarının deyil, həm də cəmiyyətin ümumi məsuliyyətidir. Şəhərin mədəni irsinin qorunması üçün ictimai nəzarət və şəxsi məsuliyyət anlayışı gücləndirilmədikcə bu cür problemlər aktuallığını qoruyacaq.
Eltac Zülfüqaroğlu
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”





















