“İçərişəhər”dən prospektə uzanan qədim keçid bərpa olunmalıdır – MEMAR - FOTOSESSİYA

Bakının tarixi mərkəzində uzun illərdir reallaşmayan bir urbanistik ideya yenidən gündəmə gətirilib.
Avtosfer.az xəbər verir ki, memar Elçin Əliyevin bildirdiyinə görə, XIX əsrin sonu — XX əsrin əvvəllərindən etibarən Nikolayevskaya küçəsində (indiki İstiqlaliyyət prospekti) fəaliyyət göstərən memarlar və şəhər rəhbərliyi qala divarı boyunca bulvarın salınması ideyası üzərində düşünmüşdülər. Lakin müxtəlif səbəblərdən bu təşəbbüs həyata keçirilməmişdi.
2000-ci illərin əvvəllərində Azərbaycan Dövlət İqtisad Universitetinin binasının, keçmiş “Realnı” məktəbinin yenidən qurulması zamanı sözügedən ideya yenə müzakirə mövzusuna çevrilib. Hətta bu məqsədlə universitetin daxili həyətində yerləşən bəzi tikililər sökülüb. Buna baxmayaraq, qala divarı boyunca gəzinti bulvarının yaradılması bu mərhələdə də reallaşmayıb.
Elçin Əliyev qeyd edib ki, layihə həyata keçirilsəydi, şəhər sakinləri və turistlər Bakının daşlaşmış tarixi ilə daha yaxından tanış olmaq, “İçərişəhər” ətrafında yeni və unikal gəzinti marşrutu kəşf etmək imkanı əldə edərdilər. Üstəlik, qala divarının bu hissəsi hələ də açılmamış tarixi sirləri özündə saxlayır.
Məlumata görə, qala divarının tikildiyi dövrdən etibarən bastionlarla əlaqə yaratmaq üçün xüsusi kiçik keçidlər mövcud olub. Bastionlar divarların və xəndəklərin cinahdan müdafiəsi üçün nəzərdə tutulmuş beşbucaqlı çıxıntılı istehkam qurğuları idi. Qala divarının bu hissəsində 2-ci bastiona aparan keçid yerləşirdi. Sözügedən bastion müdafiə xəttinin ikinci səddində yer alan iri daş istehkam olub, daha sonra onun yerində “Realnı” məktəb inşa edilib.
XVIII–XIX əsrlərdə şəhər sakinləri bu keçiddən aktiv şəkildə istifadə ediblər. Keçidin yaxınlığındakı qala divarı XIX əsrdə rus hərbi mühəndisləri tərəfindən quraşdırılmış dayaqlarla möhkəmləndirilib. Lakin XX əsrin əvvəllərində “Realnı” məktəbin tikintisinə başlanarkən (memar Dmitri Dmitriyeviç Buynovun layihəsi əsasında) bu keçid tədris müəssisəsinin həyətində qaldığı üçün bağlanıb.
Hazırda keçid daxildən kərpic divarla örtülmüş vəziyyətdə olsa da, memar Elçin Əliyevin sözlərinə görə, bu nadir tarixi element bu günədək qorunub saxlanılıb. O ümid edir ki, gələcəkdə bu qədim keçid yenidən açılacaq, insan səsləri ilə dolacaq və şəhərin mədəni-tarixi yaddaşına qaytarılacaq.
Eltac Zülfüqaroğlu
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO

























