İran Azərbaycanla bağlı sübut tapmadığını etiraf etdi

"Azərbaycan hökuməti özü açıq-aydın deyir ki, belə bir şey (12 günlük müharibədə İsraillə əməkdaşlıq - red.) olmayıb və hələ ki, masaya qoymaq üçün heç bir sübutumuz yoxdur". Avtosfer.az "Unikal"a istinadən xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib. O, qeyd edib ki, bu məsələ sübutlarla danışmaq lazımdır: "Bəzi insanlar bir şey deyirlər, lakin bizə dəqiq istinadlar təqdim etməlidirlər. Hələ heç bir istinadımız yoxdur. Onu da nəzərə alın ki, Azərbaycan müsəlman ölkəsidir, bizim qonşumuzdur və mədəni əlaqələr baxımından bizə çox yaxındır, dostumuzdur. İndi bir sahədə bizimlə fikir ayrılığı var. Bizim münasibətlərimiz olan Rusiya və Çin kimi bu böyük dövlətlərin də İsraillə əlaqələri var, lakin biz bu məsələdə öz maraqlarımızı güdürük. Biz qəbul etməliyik ki, bugünkü dünyada bu yayılma var və bir çox ölkələrdə bizim sionist rejimlə bağlı təsəvvürümüz yoxdur. Yəni Azərbaycan hökumətinin verdiyi bəyanatlarda onların bizə qarşı hər hansı tədbir gördüyü göstərilməyib. Hazırda Təhlükəsizlik Şurasında bununla bağlı faktımız yoxdur və inanırıq ki, qonşu, müsəlman, dost dövlət olan Azərbaycan hökuməti bunu etməyəcək. Araşdırdığımız qədəriylə bu mövzuda heç bir istinadımız yoxdur. İndi bir gün nəsə tapsaq, başqa cür hərəkət etməliyik, amma hazırda heç bir sübutumuz yoxdur və əsassız sözlərlə hərəkət edə bilmərik".
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












