İslam Səfərli küçəsində obyekt sahibi qanunu pozur; qurumlardan reaksiya yoxdur - FOTOSESSİYA

Memar Elçin Əliyev paytaxtın mərkəzində yerləşən tarixi binalarla bağlı narahatlığını ifadə edib. O, sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə dövlət tərəfindən qorunan memarlıq abidələrinin xarici görünüşündə aparılan dəyişiklikləri tənqid edib.
Avtosfer.az xəbər verir ki, memarın sözlərinə görə, xüsusilə yaxın vaxtlarda piyadalaşdırılması planlaşdırılan İslam Səfərli küçəsində yerləşən bəzi tarixi binaların zirzəmilərinə əvvəllər açılmış girişlərin leqallaşdırılması və yeni qapı-pəncərə açılışlarının aparılması halları müşahidə olunur.
Elçin Əliyev bildirib ki, söhbət adi tikililərdən deyil, dövlət tərəfindən qorunan və Mədəniyyət Nazirliyinin nəzarətində olan memarlıq abidələrindən gedir. Onun fikrincə, bu cür müdaxilələr tarixi irsin orijinal memarlıq simasını pozur və şəhərin estetik görünüşünə mənfi təsir göstərir.
Memar paylaşımında ironik üslubdan istifadə edərək, bu dəyişikliklərin “açıq qapı günü”nə bənzədiyini qeyd edib və tarixi abidələrin qorunmasına məsul olan qurumların məsələyə daha həssas yanaşmalı olduğunu vurğulayıb. O hesab edir ki, memarlıq irsinin mühafizəsi yalnız formal statusla məhdudlaşmamalı, real nəzarət və prinsipial mövqe ilə müşayiət olunmalıdır.
Qeyd edək ki, paytaxtda tarixi binaların fasadında və konstruksiyasında aparılan dəyişikliklər son dövrlər ictimaiyyət arasında geniş müzakirə mövzusuna çevrilib. Məsələ ilə bağlı Yasamal rayonu İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan açıqlama verildiyi zaman xəbər yenilənəcək.
Eltac Zülfüqaroğlu
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX


















