Kamran Əliyev prokurorlara və hakimlərə təşəkkür edib - YENİLƏNİB

Baş prokuror Kamran Əliyev hərbi cinayətlərə görə mühakimə olunmuş Ermənistan vətəndaşlarının işində göstərilən köməyə görə prokurorlara və hakimlərə təşəkkür edib.
Avtosfer.az xəbər verir ki, Kamran Əliyev Prokurorluq işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə çıxış edib.
Baş prokuror belə xüsusilə ağır cinayət işində dəstək göstərən istintaqçılara, dövlət ittihamçılarına, məhkəmə hakimlərinə, eləcə də bu işlərlə bağlı sübutlar toplamış veteran prokurorlara ayrı-ayrılıqda minnətdarlığını çatdırıb.
K.Əliyevin sözlərinə görə, bu, tarixi bir iş olub, belə işin hüquqi qələbə ilə başa çatması da tarixi hadisədir: “Təbii ki, bu məhkəmə proseslərinin baş tutması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu tədbirlərin nəticəsidir”.
***
Kamran Əliyev peşə bayramı münasibətilə bütün prokurorları təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Baş prokuror deyib ki, prokurorluq orqanları geridə qalan müddətdə Azərbaycanın dövlətinin qurucusu Ümumilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa uyğun xidmət göstərib. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə ölkəmiz bir çox uğura imza atıb.
Baş prokuror bildirib ki, prokurorluq işçilərinin peşə bayramının təsis olunması da Ümumilli Lider Heydər Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğının bariz nümunəsidir: “Ümumilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də daimi olaraq peşə bayramı ərəfəsində prokurorluq əməkdaşlarına ali xüsusi rütbələr verilir, habelə əməkdaşlar dövlət təltiflərinə layiq görülürlər. Elə Prezidentin bugünkü Sərəncamı ilə 4 nəfər prokurorluq əməkdaşına ali xüsusi rütbələr verilib, habelə bir neçə əməkdaş dövlət təltifləri ilə təltif olunublar”.
Baş prokuror yekunda prokurorluq orqanlarına göstərilən yüksək etimada görə Prezidentə təşəkkür edib, bunun məsuliyyəti ikiqat artırdığını vurğulayıb.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












