“Kapital Bank” hesabını “Apple Pay”a qoşmaq istəyən müştərinin kartını niyə bloklayıb? – RƏSMİ AÇIQLAMA

Vətəndaşlardan biri “Kapital Bank”ın xidmətindən narazılığını bildirib. Onun sözlərinə görə, kartının istifadə müddəti başa çatdıqdan sonra yeni kart əldə edərək onu mobil tətbiqə əlavə edib. Lakin kartı aktivləşdirib "Apple Pay" xidmətinə qoşmaq istəyərkən hesabı bank tərəfindən bloklanıb.
Avtosfer.az xəbər verir ki, şikayətçi qeyd edir ki, köhnə kartındakı vəsait yeni karta köçürülsə də, bloklama səbəbindən həmin vəsaitdən istifadə edə bilmir. O, məsələ ilə bağlı banka müraciət etdiyini, lakin əməkdaşların problemin yalnız baş ofis tərəfindən həll edilə biləcəyini bildirdiklərini deyir.
Onun sözlərinə görə, müraciətindən iki gün keçməsinə baxmayaraq, məsələ ilə bağlı heç bir nəticə əldə olunmayıb. Müştəri bildirir ki, qarşıdan bayram günlərinin gəlməsi vəziyyəti daha da çətinləşdirib və yeganə vəsaitinin bloklanması onu çətin durumda qoyub.
Vətəndaş xidmətin gecikməsindən və məlumatlandırmanın olmamasından narazı olduğunu vurğulayaraq problemin operativ həllini tələb edir.
“Kapital Bank” müştərinin şikayətinə cavab olaraq bildirib ki, müraciət diqqətlə nəzərdən keçirilib və yaranmış vəziyyətin müştəridə narahatlıq yaratdığı başa düşülür.
Təhlükəsizlik məqsədilə bəzi hallarda sistem tərəfindən kartlara müvəqqəti məhdudiyyətlər tətbiq oluna bilər. Bu tədbirlərin əsas məqsədi müştərilərin vəsaitlərinin qorunmasıdır.
Bank nümayəndələri problemin daha operativ araşdırılması üçün müştəridən əlaqə nömrəsini şəxsi mesaj vasitəsilə təqdim etməsini xahiş ediblər. Qeyd olunub ki, müraciət prioritet qaydada nəzarətə götürüləcək və ən qısa zamanda geri dönüş təmin ediləcək.
Bank sonda müştərilərə göstərdikləri anlayışa görə təşəkkür edib.
Eltac Zülfüqaroğlu
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












