Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO

Artıq 1 aydan çoxdur ki, Azərbaycanda kartdan karta vəsait göndərilməsi ilə bağlı banklar tərəfindən müştərilərə müəyyən limitlər tətbiq edilib. Belə ki, kartlara mədaxil və kartdan karta köçürmələrdə bir gün ərzində maksimum 5 əməliyyat aparmaq mümkündür. Yəni kart sahibi hər gün öz kartı ilə 5 dəfə köçürmə edib, eyni qaydada 5 dəfə ödəniş ala bilər. Kartla gündəlik əməliyyatların sayına limit qoyulsa da, gündəlik əməliyyatlar üzrə limit yoxdur. Əvəzində kartdan karta köçürmələrin ümumi məbləği üzrə aylıq 20 000 manat limit müəyyən edilib.
Bank müştərisinin öz kartları arasında həyata keçirilən əməliyyatlar bu məhdudiyyətlərə şamil edilmir, yəni bu əməliyyatlara limit qoyulmayıb.
Vətəndaşlar isə tətbiq edilən limitlərin onların gündəlik fəaliyyətinə təsir etdiyini düşünür. Mövzu ilə bağlı Avtosfer.az-ın paytaxtda təşkil etdiyi sorğuda sakinlərin bir qismi limitlərin hələki hansısa mənfi təsirini görmədiyini deyib. Digər bir qism isə limitlərin müxtəlif sektorlarda, iaşə müəssisələrində, taksi sifarişində ödənişlərlə bağlı onlara çətinlik yaratdığını qeyd edib.
Məsələ ilə əlaqədar iqtisadçı ekspert Xalid Kərimli Avtosfer.az-a müsahibəsində bildirib ki, kartdan karta əməliyyat adi bildiyimiz nağd əməliyyatlardandır. Yəni, kartdan karta əməliyyatla cibindən pul çıxarıb verməyin hansısa fərqi yoxdur.
“Mən bu limitin tətbiq edilməsinə çox müsbət yanaşıram. Yəni, adamlar sahibkarlıq fəaliyyəti ilə məşğuldursa, vergi verməlidirlər. Kartdan karta əməliyyatlar da müəyyən komfort yaradır. Dövlət isə vergidən yayınmaq istəyənlər üçün əlavə komfort yaratmaq istəmir və doğru da eləyir. Vergidən yayınanlar üçün əksinə, şərtlər pisləşməlidir, çətinləşməlidir ki, vergidən yayınmağa can atılmasın.
Kartdan karta əməliyyat vergidən yayınmaq üçün kanaldır. Biz cəmiyyət olaraq əgər hesab ediriksə ki, taksi sürücüləri vergi verməməlidir, cəmiyyətin qanunvericilik təşəbbüsünü deputatlar həyata keçirir. Deputatlar toplaşmalıdır, Vergi Məcələsində düzəliş etməlidirlər ki, taksi sürücüləri vergi verməsin. Vətəndaşa kartdan karta əməliyyatlarına tətbiq edilən limitlər heç bir təsir etmir”.
Səfər
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?












