Kassa aparatlarında artan dövriyyə nə ilə bağlıdır? - ŞƏRH

Kassa aparatları vasitəsilə qeydə alınan dövriyyədə artım müşahidə olunur. Lakin bu artımın ölkədə iqtisadi aktivliyin yüksəlməsi ilə nə dərəcədə bağlı olduğu sual doğurur.
Avtosfer.az xəbər verir ki, dövriyyənin artmasına qiymətlərin yüksəlməsi ilə yanaşı, yeni nəsil kassa aparatlarının daha geniş tətbiqi və vətəndaşların qəbz almağa marağının artması da təsir göstərir. Bəs kassa aparatlarında qeydə alınan dövriyyənin artması real iqtisadi artımdan xəbər verir, yoxsa burada digər amillərin təsiri daha böyükdür?
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, burada əsas amillərdən biri yeni nəsil kassa aparatlarının daha geniş tətbiq olunmasıdır:

"Sadə dillə desək, əvvəllər müəyyən ərazidə 10 kassa aparatı fəaliyyət göstərirdisə, hazırda onların sayı 50-yə çatıb. Təbii olaraq, kassa aparatlarının sayı artdıqca həmin aparatlar vasitəsilə qeydə alınan dövriyyənin həcmi də yüksəlir. Bu baxımdan, kassa aparatları üzrə dövriyyənin artmasını ölkədə iqtisadi aktivliyin əhəmiyyətli dərəcədə yüksəlməsi kimi qiymətləndirmək doğru olmaz. Çünki göstəricinin formalaşmasına fiziki olaraq kassa aparatlarının sayının artması və nağdsız, elektron ödənişlərin daha çox qeydə alınması da təsir göstərir”.
İqtisadçı Xalid Kərimlinin fikrincə isə, bu göstəricinin artmasının iki əsas səbəbi var:

"Birinci səbəb inflyasiyadır. Son dövrlərdə qiymətlərin artması nəticəsində insanlar eyni məhsul və xidmətlərə əvvəlkindən daha çox pul ödəyirlər. Yəni alınan məhsulun və ya göstərilən xidmətin həcmi dəyişməsə belə, qiymətlərin yüksəlməsi ümumi dövriyyənin artmasına səbəb olur. Bu baxımdan, kassa aparatlarında qeydə alınan dövriyyənin artmasının müəyyən hissəsi məhz inflyasiya ilə bağlıdır. İkinci əsas amil isə şəffaflığın artmasıdır. Son illərdə vətəndaşların qəbz tələb etməsi və ödənişlərini rəsmiləşdirməyə marağı yüksəlib.
Xüsusilə ƏDV geri al mexanizmi insanların alış-veriş zamanı kassa çeki almağa daha çox diqqət göstərməsinə səbəb olub. Artıq vətəndaşlar bu imkan barədə daha məlumatlıdır və etdikləri alış-verişin qəbzlə rəsmiləşdirilməsində maraqlıdırlar. Nəticədə əvvəllər qeydə alınmayan və ya tam şəkildə rəsmiləşdirilməyən müəyyən dövriyyələr indi kassa aparatları vasitəsilə qeydə alınır. Bu da ümumi dövriyyə göstəricilərinin yüksəlməsinə və iqtisadi fəaliyyətin daha böyük hissəsinin şəffaf şəkildə qeydə alınmasına gətirib çıxarır.
Ona görə də kassa aparatları üzrə dövriyyənin artmasını yalnız iqtisadi aktivliyin yüksəlməsi ilə izah etmək düzgün olmaz. Burada həm qiymət artımının, həm də şəffaflığın və vergi sistemində rəsmiləşmənin genişlənməsinin ciddi təsiri var".
Fatimə
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












