Kəndin yol problemi qismən həll olunub, sakinlər yenə narazıdır - FOTO

Gürcüstanın Kaspi rayonunun azərbaycanlılar yaşayan Çanqilari (Qarabağlılar) kəndinin yol problemi qismən həll olunub. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”un Gürcüstan bürosuna kənd sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, magistral yolun kəndin yaxınlığından keçən sahəsində quraşdırılan dəmir konstruksiyaların kiçik bir hissəsi piyadalar üçün götürülüb. Həmin hissədən avtomobillərin gediş-gəlişi isə mümkün deyil. Çanqilari sakinləri kəndi magistral yolla birləşdirən yolun tam açılmasını tələb edirlər.
Qeyd edək ki, iyunun 30-da Çanqilari kənd sakinləri aksiya keçirərək magistral yoldan kəndə gedən yolun dəmir hasarlarla bağlanmasına etiraz ediblər. Yol problemindən dolayı 80-ə yaxın ailənin yaşadığı kəndə gediş-gəliş çətinləşib, avtomobillə magistral şoseyə çıxmaq üçün bir neçə kilometr yol qət etmək tələb olunur.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA













