Kiprdə İrana casusluq edən Rəşad Sultanov SAXLANILDI – ŞOK DETALLAR

Britaniya və Azərbaycan vətəndaşlığına malik 44 yaşlı Rəşad Sultanov Cənubi Kiprdə yerləşən Britaniya hərbi bazası ilə bağlı casusluq fəaliyyəti göstərməkdə şübhəli bilinərək saxlanılıb.
Avtosfer.az xəbər verir ki, iddialara görə, o, bazaya dair topladığı məlumatları İran İslam İnqilabı Keşikçiləri Korpusuna ötürməkdə ittiham olunur.
Böyük Britaniya polisinin məlumatına əsasən, Londonda yaşayan Britaniya–Azərbaycan ikili vətəndaşı Rəşad Sultanov 17 iyul tarixində Cənubi Kipr hakimiyyəti tərəfindən saxlanılıb və hazırda ekstradisiya prosesi çərçivəsində nəzarətdə saxlanılır.
Bildirilib ki, bu iş Böyük Britaniyanın Terrorla Mübarizə Polisi tərəfindən aparılan və ölkənin Milli Təhlükəsizlik Aktı çərçivəsində xaricdə başladılan ilk istintaq hesab olunur.
İstintaq ötən il 11 may–22 iyun tarixləri arasında Cənubi Kiprdə yerləşən RAF Akrotiri Britaniya hərbi bazasında baş verdiyi iddia olunan hadisələri əhatə edir.
Müstəntiqlərin versiyasına görə, Sultanov hərbi bazanı müşahidə edib və topladığı məlumatları İran İnqilabı Keşikçiləri Korpusuna ötürüb. Cənubi Kipr polisi isə məsələ ilə bağlı rəsmi şərh verməyib.
Böyük Britaniyanın Terrorla Mübarizə Polisi İdarəsinin rəhbərlərindən Helen Flaqanan bildirib ki, bu hadisə Britaniyanın xaricdə yerləşən hərbi obyektlərinə qarşı mümkün düşmən dövlət fəaliyyətləri ilə mübarizədə Milli Təhlükəsizlik Aktının tətbiq oluna biləcəyini göstərir.
Qeyd edək ki, RAF Akrotiri Böyük Britaniyanın Kiprin 1960-cı ildə müstəqillik qazanmasından sonra adada qoruyub saxladığı iki suveren hərbi bazadan biridir. Baza daha əvvəl İraq, Suriya və Yəməndə həyata keçirilən hərbi əməliyyatlarda da istifadə olunub./Musavat.com/
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












