Köhnə model iPhone işlədənlər üçün VACİB XƏBƏR

"Apple" şirkəti köhnə model "iPhone" istifadəçilərinə təcili yeniləmə etmələri ilə bağlı çağırış edib.
Avtosfer.az Baku.ws-ə istinadən xəbər verir ki, şirkət smartfonları üçün iOS 18.7.7 versiyasını təqdim edib və istifadəçilərə bu yeniləməni dərhal quraşdırmağı tövsiyə edib.
Bildirilir ki, "Apple" adətən istifadəçiləri yeni cihazlara və ən son iOS versiyalarına keçməyə təşviq edir. Lakin bu dəfə şirkət istisna edərək köhnə modellərə də aktiv dəstək göstərməyə başlayıb.
Qeyd olunur ki, iOS 18.7.7 yeniləməsi texniki baxımdan iOS 26 versiyasını dəstəkləməyən "iPhone" modelləri üçün nəzərdə tutulub. Təcili yeniləmənin əsas səbəblərindən biri isə "Coruna" adlı zərərli proqram təminatıdır.
Mütəxəssislərin sözlərinə görə, bu virus iOS sistemindəki bir sıra boşluqlardan istifadə edərək hakerlərə cihaz üzərində nəzarət imkanı yaradır. Ən narahatedici məqam isə ondan ibarətdir ki, istifadəçinin əlavə əməliyyat etməsinə ehtiyac olmadan - sadəcə zərərli səhifəni açmaq kifayət edir.
Ekspertlər bildirir ki, iOS 18.7.7 istifadəçiləri bu hücumlardan qorumaq üçün yetərli səviyyədə təhlükəsizlik təmin edir. Bununla yanaşı, imkan olduqda daha yüksək qoruma səviyyəsinə malik iOS 26 versiyasına keçid də tövsiyə olunur.
Qeyd edək ki, mart ayının sonunda "Apple" köhnə iOS versiyalarından istifadə edən "iPhone" sahiblərinə bildirişlər göndərməyə başlayıb. Buna səbəb şirkətin öz cihazlarına qarşı həyata keçirilən kiberhücumları qeydə alması olub.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












