Köhnə standartlar şəhərlərin inkişafına mane olur? – Ekspert AÇIQLADI

Nəqliyyat eksperti Rauf Ağamirzəyev şəhərsalma və nəqliyyat planlaşdırılmasında insan amilinin əsas prioritet olmasının vacibliyinə diqqət çəkib.
Avtosfer.az xəbər verir ki, ekspert bildirib ki, insanyönümlü şəhər və nəqliyyat sistemi hesabatlarda, strategiyalarda və təqdimatlarda deyil, insanların gündəlik həyatında və təcrübəsində öz əksini tapmalıdır.
Qərarlar köhnəlmiş norma və standartlara kor-koranə istinad edilərək qəbul olunduğu və nəticədə əlçatanlıq məhdudlaşdırıldığı müddətdə "insanyönümlülük" anlayışı yalnız gözəl səslənən ifadə olaraq qalacaq.
Rauf Ağamirzəyev qeyd edib ki, şəhərsalma və nəqliyyat planlaşdırılması yalnız xəritələrə, peyk görüntülərinə və ya avtomobilin pəncərəsindən görünən mənzərəyə əsaslana bilməz.
"Hətta ən yüksək akademik dərəcəyə malik mütəxəssis belə, şəhəri insan miqyasında yaşamadan onun problemlərini tam dərk edə bilməz. Şəhərin keyfiyyəti avtomobil sürücüsünün deyil, piyadanın, ictimai nəqliyyat sərnişininin, əlilliyi olan şəxsin, yaşlının və uşağın gündəlik təcrübəsi ilə ölçülür", – deyə ekspert vurğulayıb.
Ekspert hesab edir ki, şəhərin real problemlərini görmək üçün küçələrdə piyada hərəkət etmək, ictimai nəqliyyatdan istifadə etmək və insanların gündəlik istifadə etdiyi marşrutlarla hərəkət etmək lazımdır.
"Əsl qiymətləndirmə üçün şəhəri piyada gəzmək, ictimai nəqliyyatdan istifadə etmək, poliklinikaya, xəstəxanaya, məktəbə, universitetə, parka və digər xidmət obyektlərinə insanların hər gün keçdiyi marşrutlarla hərəkət etmək vacibdir. Məhz bu zaman qırıq səkilər, təhlükəli piyada keçidləri, zəif naviqasiya, uzun məsafələr və əlçatmaz infrastruktur problemləri ortaya çıxır", – deyə o bildirib.
Rauf Ağamirzəyev beynəlxalq təcrübəyə də diqqət çəkərək qeyd edib ki, uğurlu şəhərlər ilk növbədə avtomobillər üçün deyil, insanlar üçün layihələndirilir.
Şəhərin rahatlığı prospektlərin eni ilə deyil, insanların gündəlik ehtiyaclarını nə dərəcədə təhlükəsiz, rahat və əlçatan şəkildə qarşılaya bilməsi ilə müəyyən olunur.
Ekspert vurğulayıb ki, bu istiqamətdə problemlərin həlli üçün əlavə bəhanələrə deyil, siyasi və institusional iradəyə ehtiyac var.
İnsanı mərkəzə qoyan qərarlar qəbul edilmədikcə, insanyönümlülük praktikadan daha çox termin olaraq qalacaq.
Eltac Zülfüqaroğlu
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












