Kondisioneri bilə-bilə yandırmayan avtobus sürücülərinə XƏBƏRDARLIQ

Bəzi marşrut avtobuslarında sərnişinlər sürücüyə müraciət etməsə kondisioneri yandırmaq yadlarına düşmür. Ya da bəzi sürücülər “kondisioner işləmir” bəhanəsini gətirir ki, bu da sərnişinlərin narazılığına səbəb olur. Avtosfer.az xəbər verir ki. məsələ ilə bağlı Modern.az-a danışan Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, müntəzəm marşrut xətt avtobuslarında havalandırma, isitmə və sərinləndirmə sistemlərinin olması sərnişinlərin rahatlığı üçündür: “Nazirlər Kabinetinin 73 saylı qərarı ilə təsdiq olunan tələblərdə də bu məsələ xüsusilə qeyd edilib. Hazırda marşrut şəbəkəsində bu kimi tələblərə cavab verən nəqliyyat vasitələrinin sayının artırılması istiqamətində mühüm tədbirlər görülməkdədir. Bildiyiniz kimi dövlət başçısının müvafiq sərəncamı ilə avqustda ölkəyə 300 yeni avtobus gətirilir”.
M.Ağayev eyni zamanda bildirib ki, hələ yay mövsümü başlamazdan əvvəl daşıyıcılara sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsinə dair göstəriş verilib: “Bu barədə daxil olan konkret şikayətlər araşdırılacaq və nəticəyə uyğun da tədbir görüləcək”.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











