Könüllülük proqramının yekunlarına dair “Nəqliyyat Agentləri” ilə görüş keçirilib - FOTO

Könüllülük proqramının yekunlarına dair Bakı Nəqliyyat Agentliyinin “Nəqliyyat Agentləri” ilə görüş keçirilib. Görüşdə iştirak edən Bakı Nəqliyyat Agentliyinin Aparat rəhbəri könüllüləri salamlayaraq Agentliyin fəaliyyətində aktiv şəkildə iştiraka, vətəndaşlara xidmətin göstərilməsi, həmçinin, maarifləndirici və məlumatlanıdırıcı aksiyalarda aktiv iştiraklarını yüksək qiymətləndirib və proqramın səmərəli həyata keçirildiyini qeyd edib.
Proqram ərzində könüllülərlə birgə xidmət edən Agentliyin əməkdaşları çıxış edərək bildiriblər ki, könüllülər Agentliyin fəaliyyəti ilə bağlı olan tapşırıqları yüksək səviyyədə yerinə yetirib. Xidməti qayda və normalara, vətəndaşlarla nəzakətli və ədəbli ünsiyyət quraraq könüllülük proqramına aid təlimatlara riayət ediblər. Könüllülük proqramı ərzində özlərini müsbət tərəfdən nümayiş etdirən və Agentlikdə işə götürülən könüllülər öz təəssüratlarını bölüşüblər. Daha sonra proqramın yekunlarına dair hesabat video çarxı nümayiş etdirilib, qazanılan diplomlar təqdim edilib və il ərzində fəal olan könüllülər təşəkkürnamə və müsbət xasiyyətnamələrlə təltif olunublar.
Qeyd edək ki, bu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunan respublika toplantısında dövlət başçısı gənclərlə görüşündə dövlət qurumlarına müraciət edərək Könüllülər Hərəkatının yaradılması və gənclərin bu fəaliyyətə cəlb olunması ilə bağlı çağırış edib. Bu çağırışa uyğun olaraq, Bakı Nəqliyyat Agentliyi “Nəqliyyat Agentləri” könüllülük proqramına start verib.
Bakı Nəqliyyat Agentliyinin təşkil etdiyi "Nəqliyyat Agentləri" könüllülük proqramına seçimlərdə 124 nəfər iştirak edib, 60 nəfər proqrama seçilib, 35 nəfər məzun adını qazanaraq sertifikatla təltif edilib, 7 nəfər könüllü isə işlə təmin edilib. “Koroğlu” NMM-də 24 nəfər könüllü səhər və axşam pik saatlarda 9 noyabr – 9 dekabr tarixlərində mərkəzin istifadə qaydaları, təlimatlar barədə sərnişinləri məlumatlandıraraq könüllü fəaliyyət göstərib. Hazırda 30 nəfər könüllümüz bu və ya digər fəaliyyətlərimizdə fəal şəkildə iştirak edirlər.
Gültən
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO
Evinizdəki kamera qonşunun həyətini çəkirsə, cərimələnə bilərsiz - HÜQUQŞÜNAS
İcra başçısının vətəndaşları qəbul forması qaydalara zidd təşkil edilib? - AÇIQLAMA - FOTO













