“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA

“Koroğlu” metrosu yaxınlığında yol örtüyünün uzun müddətdir lazımi vəziyyətə gətirilməməsi sürücülərin narazılığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, mövcud vəziyyətin xüsusilə günün müəyyən saatlarında nəqliyyatın hərəkətinə çətinlik yaratdır.
Sürücülərin sözlərinə görə, həftəiçi günlərdə yolda avtomobillərin hərəkəti daha da çətinləşir. Həftəsonu isə qeyri-iş günü olmasına baxmayaraq ərazidə nəqliyyat sıxlığı müşahidə olunur. Yol örtüyünün vəziyyəti sürücüləri daha ehtiyatlı hərəkət etməyə məcbur edir. Yolda yaranan çətinliklər səbəbindən avtomobillərin hərəkət sürəti azalır, bəzi hallarda nəqliyyat vasitələrinin alt hissəsi yolun örtüyünə dəyir. Bu isə həm avtomobillərin texniki vəziyyəti ilə bağlı risklər yaradır, həm də sürücülərin qısa məsafələrə belə daha uzun müddətdə çatmasına səbəb olur.
Məsələ ilə bağlı AAYDA-dan Avtosfer.az-a verilən məlumatda bildirilib ki, ərazidə yol örtüyünün mövcud vəziyyəti qurumun diqqətindədir:
“Qeyd olunan ərazidə yol örtüyünün mövcud vəziyyətinin qiymətləndirilməsi və hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə yaxın müddətdə müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. Əraziyə baxış keçirilərək zəruri işlərin müəyyənləşdirilməsi və müvafiq qaydada həyata keçirilməsi təmin ediləcək”.
Züleyxa Allehverdiyeva
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












