“Koroğlu”da ekspres avtobuslar üçün yenilik – “Avtobuslara böyük yük düşəcək”

Metro xətlərinin ayrılması layihəsi çərçivəsində təşkil edilən M4 və M6 nömrəli ekspres avtobusların "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə rahat və maneəsiz daxil olmasını təmin etmək məqsədilə metronun şimal çıxışında, "Atletlər kəndi” istiqamətində hərəkət sxemində dəyişiklik edilib.
Belə ki, "Koroğlu” metrostansiyasının qarşısında ekspres avtobusların hərəkətinin rahatlaşdırılması məqsədilə 2-ci "cib” yalnız ekspres marşrutlar üçün ayrılıb. Həmin ərazidə avtobus zolağı təşkil olunub, müvafiq yol nişanları quraşdırılıb və nişanlanma xətləri çəkilib.
Bundan əlavə, sərnişinlərin metro stansiyasına təhlükəsiz keçidini təmin etmək məqsədilə ərazidə piyada keçidi də təşkil edilib.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, ekspres avtobusların hərəkəti üçün belə şəraitin yaradılması vacibdir:
"Nəzərə alsaq ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi avtobuslar və ictimai nəqliyyat üçün bu şəraiti yaratmalıdır, artıq avtobuslar fonunda ekspres avtobuslar üçün də bu imkan təmin olunmalı idi. Çünki burada həm sərnişin faktoru, həm də bunun digər nəqliyyat vasitələrinə təsiri nəzərə alınmalıdır. Eyni zamanda, sürücülər bilməlidirlər ki, haradan gedib, haradan çıxa bilərlər.
Mübadilə mərkəzləri sərnişinlər üçün ən önəmli qovşaqlardır. Belə qovşaqların işlək olmaması səbəbindən avtobuslara, xüsusilə də qarşıdakı bir il ərzində böyük yük düşəcək. Hamının gözü avtobuslardadır ki, metro işləməyən yerlərdə sərnişinlərə hansı alternativi təqdim edə biləcək. Bu baxımdan, bu, təbii ki, düzgün addımdır və eyni zamanda, bunun işlək olacağına inanırıq”./azxebercom
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












