Körpünün uçması nəticəsində itkin düşmüş 5 balıqçının meyiti tapılıb - VİDEO

Tayvanda körpünün uçması nəticəsində 5 nəfər ölüb. Avtosfer.az xəbər verir ki, insident oktyabrın 1-də baş vermişdi. Əvvəl hadisədə 10 nəfərin xəsarət aldığı və 5 nəfərində itkin düşdüyü bildirilmişdi. Ötən gün xilasedicilər itkin düşmüş 5 nəfərin meyitini sudan çıxarıblar. Dünyasını dəyişənlər İndoneziya və Filippin vətəndaşlarıdır. Daha 1 nəfər də itkin düşmüş hesab edilir. Onun axtarışları davam etdirilir.
*** 1 Oktyabr 2019 13:44
Tayvanda avtomobil körpüsünün uçması nəticəsində 10 nəfər ağır xəsarət alıb, 5 nəfər isə itkin düşüb. Avtosfer.az xəbər verir ki, insident oktyabrın 1-də İlan dairəsində qeydə alınıb. Hadisənin görüntüləri nəzarət kamerasının obyektivinə düşüb.
Kadrlarda, ağır tonnajlı yük avtomobilinin körpünün üzərində hərəkətdə olduğu görülür. Lakin maşının körpünü keçməsinə azacıq qalmış körpü bir anda çökür. Körpünün çox hissəsi suya düşür, yanacaq daşıyan maşın isə balıqçı gəmisinin üzərinə aşaraq yanmağa başlayır. Bildirilir ki, xilasedicilər 10 nəfəri sudan çıxara biliblər və onlar dərhal xəstəxanaya yerləşdiriliblər. Yaralılardan altısının vəziyyəti ağır qiymətləndirilir. Yanacaq daşıyan maşınının düşdüyü balıqçı gəmisində olan 5 nəfərin taleyi isə hələ məlum deyil.
Axtarışlar davam etdirilir.
Namiq Musayev
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO










