Kosmik gəmi sınaq meydançasında yanıb

ABŞ-ın Florida ştatında yerləşən kosmodromda milyarder İlon Maska məxsus olan “SpaceX” şirkətinin “Starship” kosmik gəmisinin prototipinin sınaq uçuşunun keçirildiyi meydançada yanğın baş verib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə məlumatı “SpaceX” şirkətinin mətbuat xidməti yayıb. Yanğın kosmik gəminin Koko şəhərində yerləşən prototiplərinin sınaqlarının aparıldığı meydançada başlayıb. Şirkətin mətbuat katibi Ceyms Qlison bildirib ki, yanğın o qədər də böyük olmayıb və yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində tez bir zamanda söndürülüb. O əlavə edib ki, insident nəticəsində xəsarət alan olmayıb, lakin şirkətə dəyən zərərin məbləği 100 min dollardır. Qlison qeyd edib ki, yanğının elektrik avadanlıqlarındakı qısa qapanma nəticəsində baş verdiyi ehtimal olunur. “SpaceX” şirkətinin “Starship” kosmik gəmisi super-ağır raketdaşıyıcısının yuxarı pilləsidir və Marsa göndərilmək üçün nəzərdə tutulur.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











