Kosmik hava durumu açıqlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası iyulun 1-nə olan kosmik hava durumunu açıqlayıb. Rəsədxanadan Avtosfer.az-a verilən məlumata görə, kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Lakin S21W02 zonasında ləkə yaranmağa başlayır. Koronoqraf görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunmayıb.2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli hesabat dövrü ərzində fon səviyyəsində sabit qalıb.
Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub.
Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakit olsa da, fasilələrlə kiçik həyəcanlaşmalar qeydə alınıb (Kp=2,3).
Kosmik hava proqnozu – Proqnoz dövründə (1-3 iyul) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.
2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (01-03 iyul) Günəş küləyi sürəti artdığından yüksələcəyi proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (01-03 iyul) fon səviyyələrində davam etməsi gözlənilir.
Proqnoz dövründə (1-3 iyul) Günəş küləyi parametrləri üçün normal şərait davam edəcək.
Proqnoz dövründə (01-03 iyul) geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır (Kp=2,3). Maqnit qasırğasının yaranması ehtimalı 1%-dən aşağı qiymətləndirilir.
Namiq
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











