Kriminal mövzudan yazan jurnalistlər daha çox hansı səhvlərə yol verir?

Kriminal mövzulu ictimai təhlükəli əməllər barədə bəzi jurnalistlər mülkiyyət əleyhinə daxil olan cinayətlərin növləri ilə bağlı səhvlərə yol verir. Avtosfer.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”un sorğusuna cavab olaraq bildirib ki, səhvlər əsasən oğurluq, dələduzluq, soyğunçuluq və quldurluq kimi talama cinayətlərində rast gəlinir. Xidmət rəisi səhvlərin nədən ibarət olduğuna toxunaraq qeyd edib ki, məsələn, “quldurluq hadisəsi baş verib” sərlövhəli xəbər verilir, yazının içərisində hadisənin fabulası göstərilir: “Məlum olur ki, ictimai təhlükəli əməl soyğunçuluqdur.
Cinayət qanunvericiliyinə görə, bu cinayətlərin obyekti mülkiyyət münasibətləridir, mülkiyyət münasibətlərinin pozulması ilə müşayiət olunan talamadır. Oğurluq, yəni özgənin əmlakını gizli yolla talamadır. Dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmədir. Soyğunçuluq, yəni özgənin əmlakını açıq talamadır. Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükə zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hadisəsi ilə bağlı olan basqındır”.
E.Hacıyev əlavə edib ki, qeyd olunanlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, başqa sözlə, cinayət qanunverciliyində təsbit olunub: “Sadalanan ictimai təhlükəli əməllər əlamətlərinə, törədilmə üsul və vasitələrinə görə bir-birindən fərqlənir. Ona görə də onların hər birinin təqsirə görə fərqli məsuliyyəti, cəza sanksiyası var”.
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA










