Külli miqdarda mobil telefon və elektron əşyalarının qanunsuz yolla gətirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları külli miqdarda mobil telefonların və elektron əşyaların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. Komitədən Avtosfer.az-a verilən məlumata görə, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı sadələşdirilmiş bəyannamə təqdim edərək özü ilə 2 ədəd noutbuk, 2 ədəd yaddaş kartı gətirdiyini bəyan edib. Lakin yoxlama zamanı vətəndaşa məxsus əl çantasından bəyannamədə göstərilən əşyalardan başqa, gömrük orqanına bəyan edilməyən 4 ədəd "İphone" və sellofan paketin içərisindən 1 ədəd "İphone XS MaX Silver 256GB" markalı mobil telefonlar, karton qutunun içərisindən, şəxsi əşyaların arasından isə 5 ədəd portativ enerjiyığma cihazı aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Namiq
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











