Külli miqdarda valyutanın ölkədən çıxarılmasının qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda valyutanı Azərbaycanın gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.
Komitədən Avtosfer.az-a verilən məlumata görə, belə ki, Bakı-Moskva aviareysi ilə getmək istəyən Qazaxıstan vətəndaşı Heydər Əliyev Beynəlxalq Aeroportunda gömrük nəzarətindən keçərkən baqajında olan və əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu valyutanı gömrük qanunvericiliyinin tələbinə əsasən, gömrük orqanına təqdim, elektron və ya yazılı formada bəyan etməyib. Sərnişin gömrük və pasport nəzarətindən keçərək steril zonaya daxil olub. Ona məxsus baqaj rentgen aparatından keçərkən orada valyutaya bənzər təsvirlər əks olunub. Bundan sonra vətəndaş saxlanılıb və çantasına baxış keçirilməsi məqsədilə yoxlama otağına dəvət olunub.
Yoxlama zamanı ona məxsus baqajın içərisindəki pul qabında, əl çantasında, sellofan paketdə cəmi 3 mln. 531 min 350 rus rublu, 6 253 ABŞ dolları və 400 manat aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Namiq
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












