Kürdəmirdə traktor yanıb
Gündəm
28 Avqust 2019 08:01
Oxunub 904

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Kürdəmir rayonunda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, rayonun Mollakənd kəndində "T-28" markalı traktorun qoşqusunun 2 ədəd təkəri və qoşquya yığılan 3 ton ot bağlamasının 2 tonu yanıb. Qoşqunun, ot bağlamalarının qalan hissəsi və traktor yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













