Kürdəxanıda 60 km uzunluğa malik küçədə təmir işləri aparılıb - FOTO

Kürdəxanıda 60.5 km uzunluğa malik küçədə təmir işləri aparılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, Sabunçu rayonu üzrə 12 mindən artıq əhalisi olan Kürdəxanı qəsəbəsində küçələrin vəziyyəti qənaətbəxş olmadığı üçün, üstəlik torpaq əsaslı və çınqıl örtüklü olduğu üçün təxirəsalınmaz tədbirlərə start verilib.
Nəticədə qısa müddət ərzində sözügedən yaşayış məntəqəsində vətədaşların əsas istifadə etdiyi lakin yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan və sosial obyetlərin yerləşdiyi 60.5 km uzunluğa malik olan 101 küçədə təmir-bərpa işləri aparılıb, 302 min kv.m-ə yaxın sahəyə yeni asfalt-beton örtüyü döşənib.
Sözügedən küçələrdə təmir-tikinti işləri çərçivəsində zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçə profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Sabunçu rayonu Kürdəxanı qəsəbəsində 351 min kv.m sahədə, ümumi uzunluğu 70.2 km təşkil edən 122 adda küçənin bərpası işləri nəzərdə tutulub.
Nəzərdə tutulan digər küçələrdə bərpa işləri davam etdirilir.
Namiq
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA



























