Lənkəranda aşan "PAZ" avtobusu barədə açıqlama

"Dünən saat 18:40-da Lənkəran Şəhər Bəliton kənd sakini Ağayev Ələmdar Şavəli oğlunun idarə etdiyi, ona məxsus şəxsi istifadəsində olan PAZ markalı 43-BA-455 dövlət nömrə nişanlı avtobusun yoxuşu qalxarkən avtomaşında yaranmış texniki nasazlıq səbəbindən yaşayış evinin həyətinə aşması ilə bağlı hadisənin nəticəsindən təəssüfləndiyimizi qeyd edirik və bildirmək istərdim ki, həmin avtonəqliyyat vasitəsi üçün mərhum Ələmdar Ağayev Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən fərqlənmə nişanı almadan sifariş əsasında qanunsuz fəaliyyət göstərib". Avtosfer.az xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sözçüsü Nuridə Allahyarova deyib. O, bildirib bu fakt məsuliyyətimizi azaltmır və bu cür halların təkrarlanmaması üçün dəfələrlə etdiyimiz müraciəti təkrarlamalı olacam. Sərnişinlərimizdən rica edirik ki, öz həyatlarını riskə atmasınlar. Dəfələrlə istismar üçün əldə etdiyi avtobusla xidmət göstərmək üçün müraciət edib və qurumumuzdan imtina cavabı alarkən "mən avtomobilimlə sahibkarlıq etmək istəyirəm, bu mənim haqqımdır" deyən sürücülərə də müraciət edərək bildirirəm ki, ictimai nəqliyyat vasitələri ilə sərnişindaşıma fəaliyyəti sıradan sahibkarlıq fəaliyyətinə bənzəmir. Siz məhsul yox, vətəndaşa istifadəsi zəruri xidməti təqdim edirsiniz. Bu da sahibkarlığın bir növüdür sözsüz ki. Ancaq mövzu insan həyatıdırsa, risk faktorları yüksəkdirsə, təklif sıxlığa-təlabata-xidmətin keyfiyyətinə uyğun nəzərə alınmalıdır.
Fidan
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












