Lənkəranda meşədə itkin düşən 6 yaşlı uşaq tapılıb - FOTO

Lənkəranda itkin düşən məktəbli meşədən tapılıb. Avtosfer.az">Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Bəliton kənd tam orta məktəbinin şagirdi günorta saatlarında dərsləri bitdikdən sonra evə qayıdan zaman sinif yoldaşlarından ayrılıb və getdiyi çay içi yolda azaraq meşə istiqamətində hərəkət edib.
Məktəbdən təxminən 1400 metr uzaqlıqda yerləşən Horavenc kəndinin sakini olan 2013-cü il təvəllüdlü Əli Nurəddin oğlu Muradovun vaxtında evə qayıtmaması valideynlərini və kənd sakinlərini bir neçə saatdan sonra hərəkətə gətirib. İtkin düşmüş oğlanın tapılması üçün Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin və Rayon polis şöbəsinin əməkdaşları, həmçinin Rayon İcra Hakimiyyətinin yerli qüvvələri axtarışlara cəlb olunublar.
Axtarış-xilasetmə tədbirləri nəticəsində Ə.Muradov məktəbdən təxminən 15 km uzaqlıqda, “Hirkan Milli Parkı” yaxınlığında meşəlik ərazidə tapılıb. O, təcili tibbi yardım maşını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Uşağın vəziyyəti normaldır.
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI














