Lökbatanda sel biabırçılığı - Yağış bütün nöqsanları üzə çıxardı

Bu başlıq sizə mübaliğə kimi gəlməsin. Bu axşam Abşeron ticarət mərkəzinin qarşısındakı yolda gördüyüm vəziyyət məni xəyalən də olsa 10 il əvvəl səfər etdiyim Venesiyaya qaytardı.
Meyvəli bazarından təxminən 1 kilometr sonra, Abşeron ticarət mərkəzinin qarşısındakı (Sədərək ticarət mərkəzinin arxası) yol sözün həqiq mənasında gölə dönmüşdü.
Buna görə də polis əməkdaşları yolu bağlayaraq avtomobilləri Abşeron ticarət mərkəzinin ərazisindəki yola yönləndirirdi. Bu hissə hündürləşdirildiyi üçün su hələ gəlib ora çatmırdı. Müqayisə üçün deyim ki, su hərəkət edən ZİL-in təkərlərini örtmüşdü.
Yəni, bura minik avtomobili girsə faciə qaçınılmaz olacaqdı.
Bu yoldan hər gün istifadə edən sərnişin kimi bir daha təhlükənin səviyyəsinə əmin oldum. Belə bir böyük ərazidə yağış kanalizasiyası yoxdur. Halbuki, bu yolla dəniz arasında məsafə heç 5 kilometr deyil. Yağış kanalizasiyası olarsa belə göl yaranmaz.
Hörmətli oxucu sual verə bilər ki, bəs nə üçün foto çəkməmisən?
Sadəcə olaraq ərazidə işıqlanma yox idi, mindiyim avtobusun şüşələri Xocəsən yolundakı gölməçələrdən sıçrayan su nəticəsində palçıqla örtülmüşdü. Belə bir şəraitdə peşəkar kamera belə, keyfiyyətli təsvir verə bilməzdi.
Yolun işıqlandırılmaması da risk faktorudur. Əminliklə deyə bilərik ki, yol polisi ərazidə xidmət aparmasa, avtomobillər təhlükəsiz əraziyə yönləndirilməsə, ötən il
Bağırov körpüsündə baş verən faciə təkrarlana bilər.
Yeri gəlmişkən, dəfələrlə çalaya düşən avtobusun asqı sistemi də şübhəsiz zərər görüb.
Vüqar Yaşaroğlu
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












