“Lül” olub avtomobil qaçıraraq qəza törədən deputata cinayət işi açılıb

Yakutiyada sərxoş vəziyyətdə avtomobil qaçıraraq qəza törədən kənd deputatına cinayət işi açılıb. Avtosfer.az xəbər verir ki, insident bu ayın 7-də Nyurbinsk rayonunda baş versə də, bu barədə məlumat yalnız bu gün respublika prokurorluğu tərəfindən yayılıb.
Həmin məlumatda, hadisəni törədən şəxsin adı və soyadı açıqlanmır. Ancaq, Nyurbinsk rayonunun kəndlərinin birində məktəb direktoru işlədiyi və yaşadığı ərazinin deputatı olduğu qeyd edilib.
Bildirilir ki, millət vəkili barda bərk içdikdən sonra evə getmək qərarına gəlib. Çıxışda o, barla üzbəüz mühərriki işlək vəziyyətdə olan avtomobil görüb. Sahibinin yaxınlıqda olmadığından istifadə edən deputat “Toyota Vitz” markalı maşının sükanı arxasına keçərək oradan uzaqlaşıb.
Amma o, çox uzağa gedə bilməyib, avtomobili şəxsi bir evin hasarına çırpıb və maşından enərək hadisə yerindən qaçıb. Direktor, qəzadan sonra heç kimə görünmədən qaçdığını düşünsə də, hadisə anında onu görənlər olub.
İndi onun barəsində son qərarı hakim söyləyəcək.
Namiq Musayev
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












