Maarifləndirici tədbirlər davam edir

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Siyəzən RPŞ-nin təşkilatçılığı ilə Mikayıl Müşfiq adına 2 saylı tam orta məktəbdə rayon İcra Hakimiyyəti, Təhsil Şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təmsilçilərinin, məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniyaya və dini radikalizmə qarşı mübarizə” mövzusunda görüş keçirilib.
Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Valik Vəlimətov narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniyanın yayılmasını qlobal problem olduğunu bildirərək, bunun cəmiyyətimiz üçün yaratdığı təhlükə və fəsadlardan danışıb. Sağlam bir gələcək üçün bu maddələrin yayılmasına qarşı keçirilən tədbirlərdə hər bir şəxsin fəallığının tələb olunduğunu qeyd edən polis rəisi, şagirdlərə ətraflarındakı insanlara diqqət yetirməli və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri gördükdə və onlar haqqında hər hansı bir informasiya əldə etdikdə dərhal müəllim və ya valideynlərinə, eləcə də polis əməkdaşlarına məlumat vermələrinin zəruriliyini bildirib.
Sonra çıxış edənlər dini radikalizm mövzusuna toxunaraq, ölkəmizdə tolerantlığın mövcud olduğu, hər bir şəxsin dini azadlıq və inancına hörmətlə yanaşıldığını bildiriblər.
Tədbirin sonunda məktəb rəhbərliyi təşkilatçılığa görə RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına öz minnətdarlığını bildirib.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...











