Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF

Magistral yollarda geriyə dönmə məntəqələrinin bir-birindən uzaq məsafədə yerləşməsi sürücülərin əlavə yol qət etməsinə, yanacaq sərfinin artmasına və vaxt itkisinə səbəb olur. Xüsusilə yaşayış məntəqələrinin yaxınlığında bu məsələnin nəzərə alınması yol infrastrukturunun daha səmərəli təşkili baxımından əhəmiyyətlidir.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bu barədə fikirlərini bölüşüb.

Ekspert bildirib ki, birinci dərəcəli avtomobil yollarında nəqliyyat axınlarının ayrılması, bir qayda olaraq, müxtəlif səviyyəli yol qovşaqları vasitəsilə təmin edilir. Bununla yanaşı, yaşayış məntəqələrinə giriş-çıxışlar və sürücülərin geriyə dönmə ehtiyacı da yol infrastrukturunun planlaşdırılması zamanı nəzərə alınmalıdır.
Onun sözlərinə görə, magistral yolların, xüsusilə yaşayış məntəqələrindən keçən və ya onlara yaxın yerləşən hissələrinin təhlilinə ehtiyac var. Bu zaman nəqliyyat axınının intensivliyi, qəza riski, sürücülərin qət etdiyi əlavə məsafə və iqtisadi səmərəlilik əsas meyarlar kimi götürülməlidir.
Təhlilin nəticələrinə uyğun olaraq zəruri nöqtələrdə müxtəlif səviyyəli geriyə dönmə qovşaqlarının yaradılması imkanları qiymətləndirilməlidir. Bu, sürücülərin daha rahat və təhlükəsiz hərəkət etməsinə, eyni zamanda əsassız əlavə yürüş məsafəsinin azaldılmasına kömək edə bilər.
Ekspert vurğulayıb ki, məqsəd magistral yolların bütün hissələrində yeni qovşaqların tikilməsi deyil. Əsas məsələ geriyə dönmə ehtiyacının yarandığı nöqtələri düzgün müəyyənləşdirmək və nəqliyyat vasitələrinin təhlükəsiz manevr etməsi üçün uyğun infrastruktur yaratmaqdır.
Yol infrastrukturu yalnız nəqliyyatın hərəkətini təmin etməməli, həm də hərəkətin təhlükəsiz, səmərəli və iqtisadi baxımdan məqsədəuyğun təşkilinə xidmət etməlidir.
Eltac Zülfüqaroğlu
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












