Magistratura imtahanı yenidən keçiriləcək – DİM AÇIQLADI

Magistraturaya qəbul imtahanında iştirak edən bakalavrlarla bağlı yeni dəyişiklik edilib. Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, 2026/2027-ci tədris ili üzrə magistraturaya qəbul üçün birinci cəhd imtahanı 15 fevral 2026-cı ildə, ikinci cəhd isə 17 may 2026-cı ildə keçirilib. Birinci cəhd üzrə imtahanda iştirak etmək üçün 22 min 780, ikinci cəhd üzrə isə 23 min 89 bakalavr qeydiyyatdan keçib. Mayın 17-də Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərinin bəzi ərazilərində müşahidə olunan əlverişsiz hava şəraiti imtahan iştirakçılarının imtahan mərkəzlərinə vaxtında çatmasına çətinlik yaradıb. Bu səbəbdən imtahan başlamazdan əvvəl mərkəz rəhbərlərinə xüsusi göstərişlər verilib.
DİM-dən verilən məlumata görə, imtahana gecikən iştirakçıların təlimatda nəzərdə tutulan saat 09:45 əvəzinə ən gec saat 10:00-dək imtahan binasına buraxılması, həmçinin imtahanın başlanma vaxtının saat 10:00-dan 10:15-ə dəyişdirilməsi qərara alınıb. Daha sonra imtahan qərargahına daxil olan məlumatlar əsasında iştirakçıların imtahan binalarına dolma səviyyəsinin 80-90 faiz olduğu müəyyənləşib və bununla əlaqədar əlavə qərar qəbul olunub. Nəticədə gecikən bütün iştirakçıların imtahana buraxılması və imtahanın saat 10:30-da başlanması təmin edilib. Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri üzrə ümumilikdə 78 imtahan binasında proses mütəşəkkil şəkildə keçirilib və iştirakçılar imtahana saat 10:30-10:45 intervalında başlayıblar. Həmin regionlar üzrə qeydiyyatdan keçmiş 19 min 746 iştirakçıdan ilkin məlumatlara əsasən təxminən 17 min 912 nəfər imtahanda iştirak edib. Bu isə ümumi iştirakçı sayının 90,7 faizini təşkil edir.
Mərkəz bildirib ki, əlverişsiz hava şəraiti ilə əlaqədar yaranmış fors-major hal nəzərə alınaraq Bakı, Abşeron və Sumqayıtda magistraturaya qəbul imtahanının ikinci cəhdi 14 iyun 2026-cı il tarixində təkrar keçiriləcək. Bu imtahanda mayın 17-də keçirilmiş imtahan üçün qeydiyyatdan keçmiş bakalavrlar iştirak edə biləcəklər. Həmin bakalavrlar 21-23 may tarixlərində DİM-in saytında yerləşdiriləcək xüsusi keçid vasitəsilə yenidən qeydiyyatdan keçə bilərlər.
DİM vurğulayıb ki, 17 may tarixli imtahan üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti səbəbindən imtahanda iştirak edə bilməyən bakalavrlar üçün təkrar imtahan ödənişsiz olacaq. Digər bakalavrlar isə istədikləri halda müəyyən edilmiş qaydada ödəniş etməklə imtahanda yenidən iştirak edə bilərlər.
Fatimə Dadaşova
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












