Makronun sillələnməsinin sirri açıldı – SƏBƏBİ BU İMİŞ

Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron arasında ötən il Vyetnama səfər zamanı baş verən və geniş müzakirələrə səbəb olan insidentlə bağlı yeni iddialar ortaya çıxıb.
Avtosfer.az Redaktor.az-a istinadla xəbər verir ki, fransalı jurnalist Florian Tardifin “Demək olar ki, ideal cütlük” adlı yeni kitabında həyat yoldaşının Makronu vurmasına Fransa liderinin telefonuna iranlı aktrisadan gələn mesajın səbəb olduğu bildirilir.
“Baş verən odur ki, Bricit Makron tanınmış bir şəxsdən — iranlı aktrisadan gələn mesajı görüb”, — fransalı jurnalist deyib.
Florian Tardifin sözlərinə görə, Emmanuel Makron həmin aktrisa ilə bir neçə ay “platonik münasibət” saxlayıb və ona “sizi çox gözəl hesab edirəm” kimi mesajlar göndərib.
O bildirib ki, bu məlumatı Fransa Prezidentinə yaxın şəxslərdən əldə edib və kitabdakı bütün məlumatlar “faktlara əsaslanır”.
Jurnalistin iddiasına görə, həmin mesajlar cütlük arasında gərginliyə səbəb olub və Hanoy hava limanında prezident təyyarəsində ciddi mübahisə yaşanıb.
Tardif əlavə edib ki, Yelisey Sarayı sonradan hadisə barədə tam açıq danışmadıqlarına görə peşman olub.
Bununla yanaşı, Yelisey Sarayı iddiaları təkzib edib. Bildirilib ki, Fransanın birinci xanımı heç vaxt həyat yoldaşının telefonunu yoxlamır.
Qeyd edək ki, 2025-ci ilin mayında yayılan videoda Bricit Makronun təyyarədən enməyə hazırlaşarkən Fransa Prezidentini sillələdiyi görünürdü. Həmin vaxt Emmanuel Makron hadisəni kiçiltməyə çalışaraq, bunun sadəcə zarafat olduğunu demişdi.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












