"Marketlərdə ictimai və dövlət nəzarəti vacibdir" – Sosioloqdan TƏKLİF - FOTO

Son zamanlar ölkə üzrə fəaliyyət göstərən marketlərdə istehlakçı narazılığı kəskin şəkildə artıb.
Avtosfer.az xəbər verir ki, demək olar ki, hər gün vətəndaşlar müxtəlif şikayətlər səsləndirirlər. Aldadıcı qiymət cədvəlləri, vaxtı keçmiş məhsulların satışı, keyfiyyətsiz və kiflənmiş ərzaqlar, etiket və kassa qiymətləri arasında fərqlər və s bütün bunlar bazar sektorunda ciddi problemlərə işarə edir. Xüsusilə qida təhlükəsizliyi standartlarının pozulması, həm vətəndaşların sağlamlığına, həm də ümumi istehlakçı mədəniyyətinə zərbə vurur. Bəs bu məsələ necə həll edilməlidir?

Məsələ ilə bağlı sosioloq Elçin Bayramlı Avtosfer.az-a açıqlamasında bildirib ki, ticarət sektorunda hazırda ciddi problemlər mövcuddur:
“Demək olar ki, sahə tam anarxiya şəraitindədir, nə ictimai nəzarət, nə də sahibkarların özlərində məsuliyyət və vicdan anlayışı var. Bu sahə tənzimlənmədiyi üçün tez-tez təklif olunur ki, Azərbaycanda Ticarət Nazirliyi yaradılsın. Sovet dövründə mövcud olan bu qurum bütün ticarət sahəsində qayda-qanunların tətbiqinə, təlimatların icrasına nəzarət edir, keyfiyyətsiz mal satışı və müştərilərin aldadılmasının qarşısını alırdı.
Kadr məsələsi də ciddi problemlərdən biridir. Sovet illərində mağaza və dükanlarda işləyən satıcılar xüsusi peşə məktəblərində və orta ixtisas texnikumlarında təhsil alır, peşəkar satış mədəniyyətini mənimsəyirdilər. Hazırda isə istənilən şəxs satıcı kimi işə götürülür, satdığı məhsulun xüsusiyyətlərini bilmir, saxlanma şəraitinə nəzarət etmir, düzgün xidmət göstərmir”.
Sosioloq əlavə olaraq qeyd edib ki, böyük marketlərdə belə satıcı tapmaq müşkül məsələdir:
"Bölmələrdə yalnız kassirlər işləyir, müştərilərə məhsul barədə məlumat verəcək əməkdaş yoxdur.
Müştəri hüquqları müxtəlif istiqamətlərdə pozulur. Saxta və keyfiyyətsiz qida məhsulları satılır, saxlanma temperaturu pozulur, çəkidə və qiymətdə uyğunsuzluqlar olur. Problemləri vətəndaşlar özləri üzə çıxardıqda isə bəzən marketlər yalnız zərəri ödəməklə kifayətlənir, bəzən isə ümumiyyətlə reaksiya vermirlər. Məhkəmə mexanizmi də demək olar ki, işləmir. İnsanlar aldadıldıqda və ya zərər çəkdikdə, xarici ölkələrdə olduğu kimi məhkəməyə müraciət edib təzminat almaq praktikasına sahib deyillər. Bu səbəbdən ticarət sahəsində anarxiya davam edir. Problemin həlli üçün kompleks yanaşma tələb olunur ki, Ticarət Nazirliyinin yaradılması, dövlət nəzarəti ilə yanaşı ictimai nəzarətin gücləndirilməsi, müstəqil istehlakçı təşkilatlarının formalaşdırılması və məhkəmə mexanizmlərinin effektiv işləməsi vacibdir. Əks halda, bu sahədə vəziyyət getdikcə daha da kəskinləşəcək”.
Fidan
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












