Marmarayın mühəndisi Vüsal Aslanovun müşaviri oldu: 10 stansiyanı layihələndirəcək

Türkiyənin İstanbul şəhərindəki məşhur Marmaray sualtı tunelinin mühəndisi Orhan Yenigünə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində vəzifə verilib.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, türkiyəli mütəxəssis Orhan Yenigün "Bakı Metropoliteni" QSC-də sədrin müşaviri təyin olunub.
O, Bakıda yeni çəkiləcək 10 metrostansiyanın layihəsinin hazırlanmasında yaxından iştirak edir.
"Bakı Metropoliteni" QSC-dən bildirilib ki, təcrübəli mütəxəssis bir müddətdir "Bakı Metropoliteni" QSC-də sədrin müşaviri kimi fəaliyyətə başlayıb və hazırda bu vəzifədə çalışır.
Qeyd edək ki, "Bakı Metropoliteni" QSC-nin sədrinin müşaviri Orhan Yenigün 1967-ci ildə Türkiyədə anadan olub.
Metro və yüngül relsli nəqliyyat sistemləri onun karyerasında xüsusi yer tutur. İstanbul metrosunun inşaatında bir sıra layihələrin əlaqələndiricisi və rəhbəri olub. 1994-1999-cu illərdə Taksim-4-Levent xəttinin inşaatında nəzarət işləri mühəndisi olub, 1999-2009-cu illərdə Yenikapı-Taksim xəttinin tikintisinə, 2009-2012-ci illərdə Kadıköy-Kartal, 2012-2018-ci illərdə Üsküdar-Ümraniye-Çekmeköy kimi mühüm layihələrə rəhbərlik edib.
Orhan Yenigün İstanbul metrosunun Gebze-Haydarpaşa, Sirkeci-Halkalı Banliyö xətlərinin modernləşdirilməsində, eləcə də məşhur Marmaray layihəsində sualtı tunelin inşasında mühəndis və müşavir kimi fəaliyyət göstərib.
Xatırladaq ki, 20.12.2024-cü ildə "Bakı Metropoliteni"nin sədri Zaur Hüseynov vəzifəsindən azad olunub və yerinə Vüsal Aslanov təyin edilib.
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO












