Masallıda üç uşaq anasına görə Füzuli sakini bıçaqlanıb

Masallıda bıçaqlanma baş verib. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə hadisə ötən gecə, avtovağzal ərazisində baş verib. Belə ki, Füzuli rayon sakini, hazırda Bakıda yaşayan Zaur Davud oğlu Qurbanovla Masallı rayonunun Şərəfə kənd sakini Rasim Xanməmməd oğlu İbişov arasında münaqişə yaranıb və R.İbişov Z.Qurbanovu sinə nahiyəsindən bıçaqlayıb. Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralı əməliyyat olunub, vəziyyəti orta-ağır qiymətləndirilir.
Münaqişənin bir müddət Z.Qurbanovla nikahsız yaşamış və aralarındakı narazılıqlara görə ayrılmış üç uşaq anası Nuranə Əhmədovanın Masallıda R.İbişovla qeyri-rəsmi ailə qurması olub.
Qeyd edək ki, N.Əhmədova rəsmi nikahından üç övladı olduğu halda həyat yoldaşından boşanıb, bir müddət Z.Qurbanovla yaşayıb. Daha bir övladı olandan sonra onu da tərk edərək Masallıya qayıdıb. Bundan sonra R.İbişovla tanış olub.
Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb.
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI












