Masazırdakı bu yolun vəziyyətindən sürücülər NARAZIDIR - VİDEO

Abşeronda yolların vəziyyəti artıq ərazidə yaşayan vətəndaşlarda ciddi narazılıqlara səbəb olur.
Avtosfer.az xəbər verir ki, rayonun Masazır qəsəbəsi “Qurtuluş-93” yaşayış massivinə doğru uzanan yol bəörbad vəziyyətə düşüb. Belə ki, yaşayış massivinin ortasından keçən İstiqlaliyyət küçəsində uzun müddətdir asfaltın dağılması yaşayış sonasında hərəkəti çətinləşdirir. Son bir neçə ayda yağan yağışlar vəziyyəti daha da pisləşdirib.
Sakinlərin sözlərinə görə, yolun bu vəziyyətdə olmasının əsas səbəbi "Qurtuluş-93" və "Yeni Bakı" yaşayış massivləri arasındakı ədavətdir. Hər iki kompleksin rəhbərliyi yolun təmirindən boyun qaçırır, icra hakimiyyəti də bu mövzuda yaxasını çəkib kənara. Yolun ərazisi "Qurtuluş-93"ə aiddir, lakin yaşayış massivinin sahibi yolun "Yeni Bakı"ya doğru irəlilədiyi üçün bütün maliyyənin təkcə onun üzərinə düşməsini istəmir. Arada isə sakinlər əziyyət çəkir.
Daha əvvəl asfaltda yaranan kiçik çökəkliklər asfaltın yağış suları ilə yuyulmasından sonra geniş çuxurlarla əvəzlənib. Bu da avtomobillərə ciddi ziyan verir. Sakinlər yaşayış massivi ərazisindəki yolların diqqətdə saxlanılmasını və problemin həll edilməsini aidiyyəti qurumlardan tələb edir.
Səfər
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












