Maşına quraşdırılan əlavə avadanlıqlar mühərrikə necə təsir edir? - ARAŞDIRMA

Avtomobillərdə geniş istifadə olunan bəzi aksesuar və modifikasiyaların gözləniləndən daha çox zərər verdiyi ortaya çıxıb.
Avtosfer.az xəbər verir ki, sənaye mütəxəssisi Co Cirandanın açıqlamasına görə, performans və estetik məqsədlərlə edilən dəyişikliklər nəqliyyat vasitəsinin mexaniki ömrünü qısalda və təhlükəsizliyi risk altına sala bilər. Onun sözlərinə görə, xüsusilə aşağı profilli təkərlər idman görünüşü versə də, asma sisteminə əlavə yük yaradır, nəticədə şassi və digər komponentlər daha tez sıradan çıxa bilir.
Ekspert bildirib ki, bəzi sürücülərin quraşdırdığı soyuq hava giriş sistemləri mühərrikdə hava-yanacaq balansını poza və daxili hissələrin aşınmasına səbəb ola bilər. Eyni zamanda, keyfiyyətsiz materiallardan hazırlanan satışdan sonrakı səsboğucu sistemləri zamanla deformasiyaya uğrayaraq mühərrikin səmərəliliyini azaldır.
Co Ciranda qeyd edib ki, avtomobilin hündürlüyünü artıran qaldırıcı dəstlər stabilliyi zəiflədir və aşma riskini yüksəldir. Bundan başqa, bəzi əlavə qoruyucu çubuqlar toqquşma zamanı qüvvənin düzgün paylanmasına mane olaraq təhlükəsizlik sistemlərinin, o cümlədən hava yastıqlarının işinə mənfi təsir göstərə bilər.
Digər riskli dəyişikliklər arasında faraların LED və ya HID sistemləri ilə qeyri-peşəkar şəkildə əvəz olunması da göstərilir. Bu cür müdaxilələr elektrik sistemində nasazlıqlara və batareyanın tez boşalmasına səbəb ola bilər. Həmçinin ağır açar aksesuarlarının alışdırma mexanizminə əlavə yük yaratdığı da vurğulanıb.
Mütəxəssis sonda qeyd edib ki, bu tip dəyişikliklər əksər hallarda istehsalçı zəmanətinə daxil edilmir və həm texniki, həm də təhlükəsizlik baxımından ciddi problemlər yarada bilər.
Eltac Zülfüqaroğlu
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO












