Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT

Maştağa-Zabrat yolunda baş verən qəzalar yol hərəkətinin təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Eyni ərazidə qəzaların təkrarlanması isə həm sürücü davranışının, həm də yol infrastrukturunun qəza riskinə təsiri ilə bağlı suallar yaradır.
Avtosfer.az xəbər verir ki, nəqliyyatın intensiv olduğu bu istiqamətdə sürət həddinin aşılması, qayda pozuntuları və yan yollardan əsas yola çıxışlar qəza riskini artıran amillər sırasında göstərilir. Bəs Maştağa-Zabrat yolunda qəzaların tez-tez təkrarlanmasının əsas səbəbi nədir və burada təhlükəsizliyin təmin olunması üçün hansı dəyişikliklərə ehtiyac var?
Mövzu ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev Avtosfer.az-a açıqlamasında bildirib ki, təkcə həmin yol deyil, Bakıda bir neçə belə qaynar nöqtə var:

"Həmin ərazilərdə tez-tez qəzalar baş verir və eyni situasiyaların təkrarlandığını görürük. Əgər qəza eyni yerdə davamlı şəkildə baş verirsə, deməli, orada müəyyən çatışmazlıq var. Ümumiyyətlə, qəzaların əksəriyyətinin qayda pozuntuları və sürət həddinin aşılması səbəbindən baş verdiyini görürük. Bu yolda da vəziyyət eynidir. Çünki sürət həddi aşılmadıqda qəza riski nisbətən azalır. Bu istiqamətdə bir çox ərazilərdə sürət həddi 60 km/saat müəyyən edilib və təcrübə göstərir ki, bu sürətdə hərəkət qəza riskinin azalmasına kömək edir. Belə ərazilərdə sürət həddinin aşağı salınması ilə yanaşı, bunun üçün fiziki tədbirlər də görülə bilər. Lakin burada radarların daha çox tətbiq edilməsi də məqsədəuyğun olardı”.
Ekspert əlavə olaraq qeyd edib ki, çünki radar olduqda sürücülər cərimələnməmək üçün istər-istəməz sürət həddinə daha çox əməl edirlər. Ərazidə nəqliyyatın intensivliyi də kifayət qədər yüksəkdir. Zolaqların sayı çoxdur, amma buna baxmayaraq, həmin ərazidə hərəkətin təşkilinə daha diqqətlə baxmaq lazımdır. Bəzi yerlərdə yan yollardan əsas yola qəfil çıxış halları müşahidə olunur. Bu da yüksək sürətlə hərəkət edən nəqliyyat vasitələri ilə toqquşmalara səbəb ola bilər. Qısacası, burada həm sürət həddinin aşılmasının qarşısını almaq üçün fiziki tədbirlər görülməli, həm də hərəkətin təşkili ilə bağlı digər məsələlərə diqqət yetirilməlidir".
Fatimə
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












